Paris məhkəməsi Marin Le Penə cəza verib
Paris məhkəməsi Marin Le Pen və "Milli Birlik" partiyasından olan səkkiz deputatı parlament köməkçiləri işində təqsirli bilib.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Məhkəmənin qərarı ilə Le Pen dörd il müddətinə (iki il şərti və iki il elektron qolbaqla) azadlıqdan məhrum edilib
Bundan başqa məhkəmə Le Penə beş il müddətində dövlət orqanlarına seçilməyi qadağa qoyub. Məhkəmə qərara gəlib ki, hökm təcili yerinə yetirilməlidir.
Le Pen prokurorluğun tələbini partiyasını məhv etmək cəhdi kimi qiymətləndirib.
Hökm onun 2027-ci ildə prezidentliyə namizədliyini irəli sürməsinə mane ola biləcək seçilmək hüququnun itirilməsini nəzərdə tutur.
Le Pen Avropa Parlamentində köməkçiləri işə götürmək üçün ayrılan vəsaiti mənimsəməkdə təqsirli bilinib.
Oxşar xəbərlər
Qustavo Petro: Kolumbiyadakı təyyarə qəzasında bir nəfər ölüb, 77 nəfər xilas edilib
Kolumbiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Hercules C-130" təyyarəsinin qəzaya uğraması nəticəsində bir nəfərin həlak olduğu təsdiqlənib. BAKU.WS report-a i...