Papa Fransiskin ölümündən əvvəl son proqnozu açıqlanıb

Katolik kilsəsinin mərhum lideri Papa Fransiskin ölümündən əvvəlki son proqnozu Rusiya, ABŞ və Ukrayna arasındakı danışıqlara dair olub.
BAKU.WS xəbər verir ki, bu barədə "Komsomolskaya Pravda Sankt-Peterburq" nəşri yazıb.
Nəşrin yazdığına görə, Papa sülh danışıqlarını dəstəkləyib və Ukrayna münaqişəsinin 2025-ci ildə sona çatacağına tam əmin olub.
Papa ilə ölümündən əvvəl görüşən Dünya Ruhaniləri İttifaqının rəhbəri Leonid Sevastyanov bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Papa Rusiya səfərinə ümid edir və xüsusi əməliyyatın sonunu görmək istəyirdi.
"O, Rusiya, ABŞ və Ukrayna rəhbərlikləri arasında sülh danışıqlarını alqışlayırdı. Papa bu münaqişənin 2025-ci ildə həll olunacağına yüz faiz əmin idi. O, Rusiyanın narahatlıqlarını anlayır, Rusiya ilə Qərb arasındakı ziddiyyətlərin dərinliyini başa düşürdü. O, hər zaman optimist idi və inanırdı ki, Rusiya və Qərb barışacaq və birgə ümumi ev quracaq" ,-deyə Sevastyanov əlvə edib.
Oxşar xəbərlər
HƏMAS 10 israilli girovu azad edəcək
HƏMAS radikal hərəkatı Qətərin paytaxtı Dohada məsləhətləşmələr zamanı Qəzza zolağında saxlanılan 10 israilli girovun azad edilməsinə razılaşdığını elan edib. B...