Pakistanın PIA aviaşirkəti 4,5 illik qadağadan sonra Avropaya uçuşları bərpa edəcək
"Pakistan International Airlines" (PIA) aviaşirkəti 4,5 illik qadağadan sonra gələn il yanvarın 10-da Avropaya uçuşları bərpa edəcək.
Bu barədə "Report" "Reuters" agentliyinə istinadən xəbər verir.
PİA nümayəndəsi Abdullah Hafiz Xan bildirib ki, uçuş cədvəli yekunlaşdırılıb. Şirkət tezliklə Böyük Britaniyaya reyslərin bərpası üçün icazə almaq məqsədilə bu ölkənin Nəqliyyat Nazirliyinə (DfT) müraciət edəcək.
Qeyd edək ki, Pakistanın 97 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasından sonra pilot lisenziyası qalmaqalı ilə bağlı araşdırmaya başlamasından sonra Aİ və Böyük Britaniyanın aviasiya təhlükəsizliyi agentlikləri PIA-nın bölgədə sərnişin daşımaları üçün lisenziyasını dayandırmışdı.
Bu səbəbdən aviaşirkət illik gəlirindən 40 milyard rupi (144 milyon ABŞ dolları) zərər çəkib.
Oxşar xəbərlər
Təyyarə qəzasında xəsarət alanlardan səkkizi süni tənəffüs aparatına qoşulub
Aktauda təyyarə qəzasında xəsarət alan 29 nəfərdən səkkizi süni tənəffüs aparatına qoşulub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyy...