Pakistanı qum fırtınası vurdu: 4 ölü, 60 yaralı var
Pakistanın müxtəlif bölgələrində müşahidə olunan güclü qum fırtınası insan tələfatına və ciddi dağıntılara səbəb olub.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, hadisə nəticəsində biri azyaşlı olmaqla 4 nəfər həyatını itirib, azı 60 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Ən çox zərər çəkən ərazilərdən biri olan Sind əyalətinin Gorakh Təpəsi bölgəsində fırtına yaşayış məntəqələrində ciddi fəsadlar törədib.
Güclü külək barakaların damlarını uçurub, ərazidə quraşdırılmış günəş enerjisi panellərinin böyük hissəsi yararsız vəziyyətə düşüb.
Təbiət hadisəsi ölkənin Pəncab əyalətində də ciddi problemlər yaradıb. Rajanpur bölgəsində ağaclar kökündən qopub, reklam lövhələri uçub, elektrik xətləri sıradan çıxıb. Elektrik şəbəkəsində yaranan qəza səbəbindən bir çox yaşayış məntəqəsi işıqsız qalıb.
Bundan əlavə, yüksək gərginlikli elektrik xətlərinin avtomobil yoluna düşməsi nəticəsində ölkənin mühüm nəqliyyat marşrutlarından biri olan M-5 magistralında hərəkət müvəqqəti dayandırılıb.
Oxşar xəbərlər
İqlim mütəxəssislərindən "El Nino" xəbərdarlığı: Avqustun sonuna qədər...
Dünya üzrə hava və iqlim proseslərini izləyən mütəxəssislər "El Nino" hava hadisəsinin avqustun sonunadək formalaşacağını proqnozlaşdırırlar. BAKU.WS xəbər veri...