Pakistan ordusu Hindistanın 5 döyüş təyyarəsini vurdu
Pakistan və Hindistan arasında gərginlik yenidən hərbi eskalasiyaya çevrilib. Pakistan Hərbi Hava Qüvvələri Hindistana məxsus beş qırıcını zərərsizləşdirib.
Bu barədə "Geo News" telekanalı təhlükəsizlik qurumlarındakı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, vurulan təyyarələr arasında Fransada istehsal edilən iki "Rafale" və Rusiyanın "Su-30" tipli qırıcısı da var. Onlardan biri Pakistanın "hava-hava" tipli idarə olunan raketi ilə məhv edilib.
Pakistanın müdafiə naziri Xavaca Asif yayılan məlumatları təsdiqləyib. Hazırda bölgədə vəziyyətin daha da gərginləşəcəyi istisna edilmir.
BREAKING: Following Pakistan Claiming To Have Downed 2 Indian Fighter Jets, Indian Is Now Claiming To Have Downed A Pakistani JF-17 Air Force Fighter Jet.
— John Basham (@JohnBasham) May 6, 2025
BOTH PAKISTAN & INDIA HAVE NUCLEAR WEAPONS. pic.twitter.com/TswRWycC2m
Oxşar xəbərlər
ABŞ İranın raket buraxılış məntəqələrinə zərbələr endirib
ABŞ ordusu İranın cənub bölgəsində yerləşən bir sıra hərbi hədəflərə hava zərbələri endirib. BAKU.WS xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ Mərkəzi...