Pakistan İran yönümlü qruplaşmaya qarşı əməliyyata başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Sind Terrorla Mübarizə İdarəsi (CTD) Pakistanın ən böyük şəhəri Kəraçidə İran yönümlü Liva Zeynəbiyun qruplaşmasına qarşı əməliyyata başladığını elan edib.
BAKU.WS-in "Azad İran" "Telegram" kanalına istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı qrupun iki fəal üzvü saxlanılıb.
Şübhəlilərdən tapança və əl qumbarası götürülüb. Məlumata görə, saxlanılanlar 2025-ci ilin mayında Kəraçidə törədilmiş dini motivli qətllərdə iştirak etdiklərini etiraf ediblər.
Onlar həm də qonşu ölkədən maliyyə və təşkilati dəstək alan, şəhərdə terror aktları planlaşdıran qrupun tərkibində olublar.
Hüquq-mühafizə orqanlarının mənbələri bildirirlər ki, Kəraçidəki İrana bağlı proksi qüvvələr son aylarda bir sıra sui-qəsdlərdə, o cümlədən əvvəllər İsrailə səfər etmiş sünni icma liderlərinin və jurnalist İmtiaz Mirin öldürülməsində iştirak etmiş ola bilərlər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...