P.Diddy ABŞ-dəki meşə yanğınlarında ittiham olunur
Keçmiş amerikalı məmur Ketrin Ostin Fitts məşhur reper P.Diddy-nin (əsl adı Şon Kombs) ABŞ-də baş verən meşə yanğınlarının arxasında dayandığını iddia edib.
BAKU.WS xəbər verir ki, bu barədə Radar Online məlumat yayıb.
Fitts yanğınların "dəlilləri gizlətmək məqsədilə" törədildiyini düşünür. O, diqqəti hadisə zamanı P.Diddy-nin məşhur dostlarının mülklərinin zərər görməməsinə yönəldib.
Məlumat üçün bildirək ki, Jay-Z, Beyons, Cenifer Lopez, Eşton Katçer və Leonardo Di Kaprionun Los-Ancelesdəki evləri yanğınlardan zərər çəkməyib.
Keçmiş məmur əlavə edib ki, insanların cinayətlərini gizlətmək üçün "dəhşətli addımlar" atdığını müşahidə edib və reperin yanğınlarla əlaqəsi olmasına təəccüblənməyəcəyini vurğulayıb.
Qeyd edək ki, 17 sentyabr 2024-cü ildə P.Diddy insan alveri, seksual istismar məqsədilə cinayət sövdələşməsi və fahişəliyə yardım ittihamları ilə həbs edilib. Polis onun evində çoxlu sayda seks-oyuncaqları, qeydiyyatsız odlu silah aşkarlayıb.
Əgər reper reket məqsədilə cinayət sövdələşməsində günahkar bilinərsə, ömürlük həbs cəzası ilə üzləşə bilər. Digər ittihamlar da uzunmüddətli həbs cəzalarını nəzərdə tutur. Məhkəmə 5 may 2025-ci ildə Nyu-Yorkda keçiriləcək.
Oxşar xəbərlər
Hadise yeni sevgilisi ilə ilk dəfə görüntüsünü paylaşdı
Müğənni Hadise şəxsi həyatı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında ilk dəfə sevgilisi Şenol Sönmezle görüntüsünü paylaşıb. S...