Özcan Denizdən ETİRAF: "Bu yolda qanım da töküldü"
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Özcan Deniz açıqlaması ilə gündəm olub.
BAKU.WS xəbər verir ki, sənətçi ona qarşı çıxan öz ailəsinə qarşı sərt açıqlamalar verib.
Özcan Deniz bildirib ki, 9 yaşından işləyib ailəsini dolandırdığını bildirib:
"Ailəm bir gün hər şeyi anlayacaq, onlara verdiyim dəyəri, hörməti heç kim onlara göstərməyəcək, heç kim mənim qədər canı, qanıya onlar üçün mübarizə aparmayacaq. Fəxr etməli olanlara yuxarıdan aşağı baxdıqlarını, şükür etməli olanlarını lənətlədiklərini anlayacaqlar.
Bir zeytunu dörd dəfə dişləyib səhər yeməyi yediyimiz günlərdən, ac yatdığımız günlərdən, tualeti, mətbəxi olmayan siçanlı evlərdən bura gəldik.
Bütün bir gün belə unutmadım. 9 yaşımdan özümü və sizi oradan çıxarmaq üçün mübarizə aparmışam. Hətta bu yolda qanım da töküldü. Necə unuda bilərəm?".
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...