Özbəkistanda qaz yatağında qəza: İki nəfər ölüb

Özbəkistanda qaz yatağında qəza: İki nəfər ölüb
Dünya 28

Özbəkistanın Baysun rayonundakı "25 il müstəqillik" qaz yatağında iki nəfərin ölümü ilə nəticələnən texniki qəza baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi nazirinin müavini Jusipbek Kazbekov bildirib.

Onun sözlərinə görə, bu, bəzi yerli KİV-lərin yazdığı kimi, hidrogen sulfid sızması deyil, texniki istehsalla bağlı insidentdir.

"Biz yeddi müxtəlif növ qazı ölçürük, lakin normadan kənara çıxma halları qeydə alınmayıb", - nazir müavini bildirib.

Bundan əvvəl məlumat verilmişdi ki, sentyabrın 1-də "Müstəqilliyin 25 ili" yatağının 604-cü quyusunda hidrogen sulfid qazı sızması baş verib. Sentyabrın 16-da Rusiya və ABŞ-dan olan mütəxəssislərin köməyi ilə hidrogen sulfid sızması aradan qaldırılıb. Bu müddətdə yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri dərhal təxliyə edilib və heç kim zərər çəkməyib.

Açıq mənbələrə görə, 150 milyard kubmetr təbii qaz ehtiyatı olan "Müstəqilliyin 25 ili" yatağı məhsul bölüşdürmə sazişi çərçivəsində "Surhan Gas Chemical Operating Company" tərəfindən işlənir. Məhsul bölüşdürmə sazişi üzrə vahid investor isə Honq Konqdan olan "Suhran Investments Limited" şirkətidir. Layihə qaz emalı kompleksinin tikintisini nəzərdə tutur.

Son xəbərlər