Ötən gün Hörmüz boğazından 20-dən çox gəmi keçib
Ötən gün Hörmüz boğazından 20-dən çox gəmi keçib.
BAKU.WS xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, bu gəmilər arasında tankerlər, quru yük gəmiləri və konteyner daşıyıcıları olub.
Bəziləri boğazdan keçərkən AIS (avtomatik identifikasiya sistemi) cihazlarını söndürüblər.
Xatırladaq ki, bu il fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıblar. İran Hörmüz boğazını ABŞ, İsrail və onların İrana qarşı təcavüzünü dəstəkləyən ölkələrlə əlaqəli hər hansı bir gəminin keçidi üçün bağlayıb.
İran və ABŞ arasında aprelin 11-də İslamabadda bir neçə danışıqlar raundu keçirilib. Aprelin 13-də ABŞ İrana qarşı hərbi dəniz qüvvələri blokadası yaradıb.
Oxşar xəbərlər
Snapçat şirkəti 1000 əməkdaşını ixtisar edir
"Snapchat" platformasının sahibi olan Snep şirkəti xərcləri azaltmaq və süni intellektə keçidi sürətləndirmək məqsədilə 1000 nəfəri işdən çıxaracağını açıqlayıb...