Orta və Şərqi Qara dənizdə fırtına gözlənilir
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Orta və Şərqi Qara dəniz bölgələrində sabah güclü külək – fırtına müşahidə olunacaq.
BAKU.WS xəbər verir ki, Türkiyənin Meteorologiya Baş İdarəsinin məlumatına görə, Orta Qara dənizdə (Kastamonu–Sinop) sabah günorta saatlarından etibarən küləyin qərb və şimal-qərb istiqamətlərindən 6-8 bal gücündə, Şərqi Qara dənizin şərqində (Trabzon–Rize) isə axşam saatlarından etibarən eyni istiqamətlərdən fırtına şəklində əsəcəyi gözlənilir.
Axşam saatlarında təsirini itirəcəyi bildirilən fırtına ilə bağlı əhaliyə ehtiyatlı və tədbirli olmaları tövsiyə olunub.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...