Orban: "Ukrayna NATO üzvü olmayacaq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Ukrayna NATO-nun üzvü olmayacaq, alyansla Rusiya arasında bufer zonası olaraq qalacaq. Bu, ABŞ-də respublikaçı Donald Trampın hakimiyyətə qayıdışından sonra aydın olub".
Oxu.Az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban milli parlamentin yaz sessiyasının açılışında çıxışı zamanı deyib.
O, həmçinin qeyd edib ki, "sülh müqaviləsi Macarıstan və NATO-ya üzv ölkələrin təhlükəsizliyinə təminat verməli və yenidən bufer zonaya çevriləcək Ukraynanın statusu buna uyğun tənzimlənməlidir".
"Lakin Ukraynanın Aİ-yə üzvlüyü sırf Avropa məsələsidir", - Orban davam edib. O, hökumət adından parlamenti əmin edib ki, "Ukrayna macarların qərarı olmadan Avropa İttifaqına üzv ola bilməyəcək". Baş nazir qeyd edib ki, Ukrayna bu gün Aİ-yə qəbul olunarsa, bu, "macar fermerlərini, hətta bütün milli iqtisadiyyatı məhv edəcək".
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...