Olimpiya çempionunun evindən 100 min dollarlıq oğurluq etdilər
Məşhur avstraliyalı üzgüçü, on birqat dünya çempionu və dəfələrlə Olimpiya oyunlarınln qalibi olmuş Yan Torp qarət edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "9News" məlumat yayıb.
Bildirilib ki, naməlum şəxslər onun Sidneydəki evinə soxularaq qızıl-zinət əşyaları, bahalı saatlar və təxminən 100 min dollar dəyərində olan digər qiymətli əşyaları götürüblər.
Polislə əlaqə saxlayan idmançının özü qeyd edib ki, cinayətkarlar onun idman mükafatlarına, o cümlədən Olimpiya medallarına və dünya çempionluğu titullarına toxunmayıb, lüks əşyalar oğurlayıblar.
Hadisə ilə bağlı ardırma aparılır.
Oxşar xəbərlər
Meloni dünya liderlərinin verdiyi hədiyyələri satışa çıxaracaq
İtaliyanın baş naziri Corcia Meloni qeyri-adi addımı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, o dünya liderlərindən aldığı 270 hədiyyəni xeyriyyə məqsədilə hə...