NTD-nin baş məşqçisi: "Ən yaxşı oyunlarımız hələ qabaqdadır"
Ən yaxşı oyunlarımız hələ qabaqdadır.
"Report" xəbər verir ki, bunu NTD-nin baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Basketbol Liqasının XVII turunda "Naxçıvan"la matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:
"Çempionatın liderlərindən birinə qarşı oynayırdıq. Qarşılaşma bizim üçün çətin keçdi. Hücumda yaxşı çıxış etdik, 80-dən çox xal topladıq. Ancaq müdafiədə heç də həmişə uğurlu oynamadıq. Üçüncü periodın ortasında zona müdafiəyə keçdik. Bu da öz nəticəsini verdi. Oyunçular daha yaxşı müdafiə olunmağa və bir-birlərini başa düşməyə başladılar. Hesab edirəm ki, bu komandanın potensialı daha yüksəkdir. Əminəm ki, ən yaxşı oyunlarımız hələ qabaqdadır".
Qeyd edək ki, NTD - "Naxçıvan" qarşılaşması birincilərin 85:78 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
İsrail ordusu "Hizbullah" liderinin katibini öldürüb
İsrail ordusu dünən Beyrut hava hücumunda "Hizbullah" liderinin katibini öldürdüyünü bildirib BAKU.WS xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məl...