Novak və Bayraktar qaz habının yaradılmasını müzakirə ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Türkiyənin energetika naziri Alparslan Bayraktarla neft, qaz, kömür, elektrik enerjisi və atom sahələrində əməkdaşlığı müzakirə edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Söhbət qaz habının yaradılması, Rusiyanın enerji resurslarının Türkiyə bazarına tədarük şərtləri, "Akkuyu" AES-in tikintisindən gedib", - məlumatda qeyd olunub.
"Türkiyə iqtisadiyyatının hərəkətverici qüvvəsi olan sənaye enerji resurslarının sabit tədarükü və elektrik enerjisi istehsalı olmadan inkişaf edə bilməz. Rusiya Türkiyə bazarına neft, qaz və digər təbii sərvətlərin etibarlı tədarükçüsü olub və olaraq qalır", - A.Novak qeyd edib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...