Notr-Dam kilsəsinin zəngləri bərpa zamanı dəyişdirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Paris Notr-Dam kilsəsi zəngləri restavrasiyadan sonra dəyişidirilib.
BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, ən ağırı 3.500 kiloqram olan 8 ədəd zəng ağır tonnajlı nəqliyyat vasitələri ilə Sena çayı sahilinə gətirilib.
Zənglər, 8 dekabrda ictimaiyyətə açılmaq üzrə hazırlanan kilsəyə xüsusi mərasimlə gətirilib.
Notr-Damın yenidən qurulması layihəsinə rəhbərlik edən Filip Cost, zənglərin bir-bir sınaqdan keçiriləcəyini, lakin yenidən açılan günə qədər tam çalınmayacağını söyləyib.
O zənglərin gəlişini "Kafedralın yenidən doğuşunun gözəl simvolu" adlandırıb.
Kafedralin tikintisi 12-ci əsrdə başlasa da, yanğından zədələnmiş tunc zənglər 21-ci əsrə aiddir.
Yanğın zamanı çökən kafedralın damı və qülləsi dəyişdirilib . Paris Notr-Dam kilsəsi 2019-cu ildə yanmışdı.
Qalereya
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...