Norveçin yeni maliyyə naziri Yens Stoltenberq oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Norveçin keçmiş baş naziri və NATO-nun sabiq baş katibi Yens Stoltenberq ölkənin yeni maliyyə naziri təyin edilib. Bu barədə baş nazir Yonas Qar Støre hökumətin yenilənmiş tərkibini elan edərkən bildirib.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, hökumətdə dəyişikliklər idarəedici koalisiyanın çökməsi səbəbindən baş verib. Ötən həftə Senter Partiyası əməkdaşlığa son qoyduğunu açıqlayıb.
Koalisiyanın dağılmasının əsas səbəbi, Senter Partiyasının müttəfiqlərin enerji siyasətinə uyğun gəlməməsi və Norveçin Avropa İttifaqına yaxınlaşması ilə bağlı planlara qarşı çıxması olub. Qeyd edək ki, Norveç Aİ-nin üzvü deyil.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...