Nigeriyada yanlış hava zərbəsi 56 nəfərin ölümünə səbəb oldu
13
apr
2026
13:05
Nigeriyada ordu tərəfindən yanlış həyata keçirilən hava hücumu faciə ilə nəticələnib.
BAKU.WS xəbər verir ki, zərbə Yobe və Borno ştatlarının sərhədində yerləşən Jilili bazarına endirilib.
Hadisə nəticəsində 56 mülki şəxs həyatını itirib, 14 nəfər isə yaralanıb.
Bildirilib ki, hücum əslində Boko Haram üzvlərinə qarşı planlaşdırılmış hərbi əməliyyat çərçivəsində həyata keçirilməli idi.
Yobe ştatı rəhbərliyinin təhlükəsizlik üzrə müşaviri Abdulsalam Dahiru bölgəyə əlavə təhlükəsizlik qüvvələrinin göndərildiyini açıqlayıb.
Oxşar xəbərlər
ABŞ və İsrailin hücumları nəticəsində İranda 942 məktəbə ziyan dəyib
İranda ABŞ və İsrailin həyata keçirdiyi hücumların nəticələri ilə bağlı yeni açıqlama yayıb. BAKU.WS xəbər verir ki, fevralın 28-də başlayan hücumlar zamanı öl...