Nigeriyada ağır yol qəzası: 30 nəfər həlak oldu
Nigeriyanın Kano ştatında baş verən ağır yol qəzası nəticəsində 30 nəfər həyatını itirib. Hadisə ştatın Kvanar Barde bölgəsində qeydə alınıb.
BAKU.WS Kano ştat administrasiyasının məlumatına istinadən xəbər verir ki, sərnişin daşıyan yük avtomobili sürücünün diqqətsizliyi ucbatından qəzaya düşüb. Qəza nəticəsində çox sayda insan da müxtəlif dərəcəli xəsarətlər alıb.
Kano ştatının qubernatoru Abba Yusuf hadisəni "ürəkdağlayan" adlandıraraq, bunu ştat üçün böyük itki kimi qiymətləndirib və həlak olanların ailələrinə başsağlığı verib.
Qubernator ağır tonnajlı avtomobil sürücülərinə müraciət edərək, daha diqqətli olmalarını və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyə çağırıb.
Oxşar xəbərlər
İran hava məkanını qismən açdı
İran hava məkanını qismən açıb və bəzi hava limanlarının fəaliyyətini bərpa edib. BAKU.WS "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki...