Nigeriya ordusu ilə "Boko Haram" arasında toqquşma: 15 terrorçu məhv edildi

Nigeriya ordusu ilə Boko Haram arasında toqquşma: 15 terrorçu məhv edildi
Dünya 13

Nigeriyanın Borno əyalətində ordu qüvvələri ilə terror təşkilatı "Boko Haram" üzvləri arasında şiddətli toqquşma baş verib.

BAKU.WS xəbər verir ki, Hadin Kai Əməliyyatının komandirlərindən Uba Saninin verdiyi məlumata görə, Kaga bölgəsində baş verən qarşıdurma zamanı 15 terrorçu öldürülüb, bir neçə nəfər isə yaralı halda qaçmağa müvəffəq olub.

Toqquşma zamanı 4 nigeriyalı əsgər də həlak olub. Əməliyyat zamanı terrorçulara məxsus silah-sursat və mühüm döyüş ləvazimatları ələ keçirilib.

Xatırladaq ki, "Boko Haram" terror təşkilatı 2000-ci illərin əvvəllərindən Nigeriyada fəaliyyət göstərir və 2009-cu ildən etibarən ölkədə kütləvi hücumlar həyata keçirir. Onların hücumları nəticəsində on minlərlə insan həyatını itirib.

Təşkilat son illərdə Kamerun, Çad və Niger ərazilərində də hücumlar təşkil edib. Çad gölü hövzəsindəki toqquşmalarda isə azı 2 min nəfər həlak olub.

Terror və silahlı münaqişələr səbəbilə ölkədə yüz minlərlə insan yaşadıqları əraziləri tərk etməyə məcbur qalıb.

Son xəbərlər