"NetBlocks": İranda bir həftədir internet yoxdur
Yeniliklərdən dərhal xəbərdar olun
Düz bir həftə əvvəl İran rəqəmsal qaranlığa bürünüb, çünki hökumət xalqı internetsiz qoyub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, "NetBlocks" qlobal internet monitorinq təşkilatının məlumatında qeyd olunub.
Bildirilib ki, İran hökumətinin məqsədi təhlükəsizlik qüvvələrinin etirazları yatırmaq metodunu dünya ictimaiyyətindən gizlətməkdir.
Qeyd edək ki, İranda etirazların zorakılıqla yatırılmasına dair görüntülər yayılıb. Bununla yanaşı, polislə toqquşmalarda hər iki tərəfdən ölən və yaralananların olduğu bildirilsə də, dəqiq say açıqlanmır.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...