Netanyahunun sözçüsü istefa verib
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Baş nazirinin sözçüsü Ziv Aqmon sərt çıxışlarına görə tənqidlərə məruz qalaraq istefa verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
Dünən axşam saatlarında Aqmonun Mirzahim yəhudilərinə qarşı irqçi açıqlamaları və Baş nazir Benyamin Netanyahunun özünə hücumları ictimaiyyətə açıqlanıb.
Bəyanatda qeyd olunur ki, Aqmon ifadələrin həqiqiliyini etiraf etsə də, onların kontekstdən çıxarıldığını iddia edib.
"Ötən həftə uzun müddətdir dostluq münasibətlərim olan biri şəxsi söhbətlərimiz zamanı verdiyim açıqlamaları ictimailəşdirmək qərarına gəldi. Bu söhbətlərin böyük əksəriyyəti Baş Nazirin Aparatında vəzifəyə başlamazdan əvvəl baş tutub. Sızdırılan sitatlar kontekstdən çıxarılıb və onların yeganə məqsədi mənim və Baş Nazirin özünün nüfuzuna xələl gətirmək olub", - deyə Aqmon qeyd edib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...