Netanyahunun oğlu təhlükəsizlik təhdidinə görə ABŞ-dən İsrailə qaytarılıb
İsrail Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun ABŞ-də olduğu müddətdə ciddi təhlükə ilə üzləşdiyi və bu səbəbdən ölkədən təcili çıxarıldığı açıqlanıb.
BAKU.WS xəbər verir ki, İsrailin Baş Təhlükəsizlik Xidməti (ŞABAK) Yair Netanyahunun həyatına qarşı real təhlükə olduğunu müəyyən etdikdən sonra onun təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə Floridadan İsrailə qaytarılmasına qərar verib.
Bildirilir ki, Yair Netanyahu Floridadan ayrılarkən şəxsi əşyalarını belə götürməyib. O, mühafizəçilərin müşayiəti ilə ABŞ-dən çıxarılıb və hazırda İsraildədir.
ŞABAK təhlükənin konkret mənbəyi və xarakteri barədə ətraflı məlumat verməyib. Bununla yanaşı, İsrail mediasında Yair Netanyahunun Floridada yaşadığı dövrdə ona qarşı mümkün sui-qəsd planı barədə məlumatlar yayılıb.
İsrail Baş naziri bundan əvvəl oğullarından birinin İran tərəfindən öldürülməyə cəhd edildiyini bildirmişdi, lakin həmin vaxt hədəfin hansı oğlu olduğunu açıqlamamışdı.
Oxşar xəbərlər
Bu gün Türkiyənin Zəfər Bayramı günüdür
Avqustun 30-u Türkiyədə Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd olunur. BAKU.WS xəbər verir ki, 104 il əvvəl yəni, 1922-ci ilin 26 avqustunda Mustafa Kamal...