Netanyahu təsdiqlədi: HƏMAS-ın Qəzzadakı lideri məhv edilib
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail ordusu Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının regional lideri Məhəmməd Sinvarı məhv edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, baş nazirin açıqlamalarını "N12" telekanalı yayıb.
Netanyahu Knessetdə (parlamentdə) çıxış edərək bildirib ki, İsrail HƏMAS-ın idarəçilik potensialının məhvi yolunda dönüş nöqtəsinə çatıb.
"Biz Məhəmməd Sinvarı aradan götürdük", - o deyib.
Xatırladaq ki, mayın 13-də İsrail Müdafiə Qüvvələri Xan Yunisdəki Avropa Xəstəxanasının altındakı yeraltı qərargahı vurub. Hədəf Qəzza zolağında HƏMAS və onun hərbi qanadı "İzzəddin Əl-Qəssam" briqadalarına rəhbərlik edən Məhəmməd Sinvar olub.
Oxşar xəbərlər
Ukrayna mediası: Mixaylo Fedorov yalnız müdafiə naziri vəzifəsinə qayıtmağa hazırdır
Ukraynanın sabiq müdafiə naziri Mixaylo Fedorov yalnız ölkənin müdafiə naziri vəzifəsinə qayıtmağa hazırdır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barə...