Netanyahu tərəfdarlarını itirir
Yeniliklərdən dərhal xəbərdar olun
"ŞAS" partiyası (İsrailin ultra-dini siyasi partiyası – red) Qüdsdə keçirilən Tövrat Müdrikləri Şurasının iclasından sonra İsrail hökumətindən çıxdığını elan edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bununla belə, partiya hələlik Baş nazir Benyamin Netanyahunun koalisiyasının bir hissəsi olaraq qalır və seçkilərin keçirilməsini tələb etmir. "ŞAS" nazirlərinin sabah səhər istefa verəcəyi gözlənilir.
Partiyanın bəyanatında Tövrat tələbələrinin statusunun ciddi və qəbuledilməz şəkildə aşağı salınmasından danışılıb, buna görə də hökumətdə gələcək iştirakı müzakirə etmək üçün şura çağırılıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...