Netanyahu bütün görüşlərini bronxit səbəbindən ləğv edib

Netanyahu bütün görüşlərini bronxit səbəbindən ləğv edib
Dünya 32

İsrailin Baş naziri Benyamin Netanyahu bronxitə yoluxduğu üçün günün sonuna qədər planlaşdırılmış bütün tədbirləri ləğv edib.

BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, hökumət başçısı nəfəs yollarının iltihabı (bronxit) ilə əziyyət çəkir, bu isə nə onun özü, nə də ətrafındakı insanlar üçün təhlükə yaratmır.

"Həkimi doktor Berkovicin tövsiyəsinə əsasən, Baş nazir günün qalan hissəsindəki tədbirləri ləğv edib və evdə dincəlir", -deyə hökumət aparatından bildirilib.

Oktyabrın 15-də Netanyahu Təl-Əviv məhkəməsində korrupsiya işi ilə bağlı ifadə verib. "The Times of Israel" nəşrinin məlumatına görə, o, öskürəyin ona mane olduğunu əsas gətirərək iclasın müddətinin qısaldılmasını xahiş edib. Hakimlər onun dinləmənin dayandırılması barədə xahişini qəbul ediblər.

İyul ayında isə Qüds dairə məhkəməsində Netanyahunun ifadə verməsi onun əvvəlki gün qida zəhərlənməsi keçirməsi səbəbindən təxirə salınmışdı.

Son xəbərlər