Neft sızıntısı kosmosdan belə GÖRÜNÜR

Neft sızıntısı kosmosdan belə GÖRÜNÜR
Foto
Dünya 112

ABŞ və İsrailin İrana yönəlik hücumlarından sonra Fars körfəzində genişmiqyaslı neft sızıntıları qeydə alınıb. Peyk görüntüləri hadisənin miqyasını açıq şəkildə göstərir.

BAKU.WS xəbər verir ki, hərbi toqquşmalar zamanı neft obyektlərinə və tankerlərə edilən zərbələr nəticəsində dənizə böyük həcmdə xam neft axını baş verib. Avropa Kosmik Agentliyi tərəfindən yayılan "Sentinel" peyk görüntüləri ətraf mühitə dəyən ziyanın ciddi olduğunu ortaya qoyur.

Aprelin 7-də çəkilən görüntülərdə Hörmüz boğazı yaxınlığında, Keşm adası ətrafında 8 kilometrdən artıq sahəni əhatə edən neft ləkəsi müşahidə olunub. Bildirilir ki, daha əvvəl hücuma məruz qalan İran tankerində də eyni ərazidə sızıntı baş verib.

Neft sızıntısı kosmosdan belə GÖRÜNÜR

Digər kritik nöqtə kimi Lavan adası göstərilir. Yerli mənbələrə görə, burada yerləşən neft obyektinə zərbə endirilməsi nəticəsində ciddi sızma yaranıb və ərazidə böyük yanğın qeydə alınıb. Ekspertlər bu vəziyyəti "ekoloji fövqəladə hal" kimi qiymətləndirirlər.

Mütəxəssislər qeyd edir ki, neft sızıntısı artıq Şidvar adası istiqamətində yayılıb. Bu ərazi nadir mərcan rifləri, dəniz tısbağaları və quş növləri ilə zəngin qorunan zonalardan biridir.

Ekspertlərin fikrincə, ən pis ssenaridə hadisə minlərlə insanın həyatına təsir göstərə bilər. Xüsusilə balıqçılıqla dolanan sahil əhalisi üçün ciddi risk yaranır. Bundan əlavə, regionda milyonlarla insanın içməli su təminatında mühüm rol oynayan duzsuzlaşdırma qurğuları da çirklənmə səbəbindən zərər görə bilər.

Məlumatda qeyd olunur ki, hazırda körfəz akvatoriyasında onlarla iri neft tankeri fəaliyyət göstərir və bu da riski daha da artırır. Davam edən hərbi gərginlik səbəbindən sızıntının aradan qaldırılması işlərinin aparılması isə xeyli çətinləşir.

Neft sızıntısı kosmosdan belə GÖRÜNÜR

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər