NATO Trampa alyansın Arktikada mövcudluğunu genişləndirməyi təklif edəcək

NATO nümayəndələri ABŞ Prezidenti Donald Trampa Qrenlandiyanın Birləşmiş Ştatlara birləşdirilməsi barədə bəyanatları fonunda alyansın Arktikada hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirməyi təklif etmək niyyətindədirlər.
"Report" xəbər verir ki, bu barədə DPA agentliyi alyansdakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hazırda bu təşəbbüs təşkilat daxilində qeyri-rəsmi danışıqlar çərçivəsində müzakirə olunur. Təşəbbüskarlar bu yolla Trampın Qrenlandiya ilə bağlı müzakirəsinin səbəb olduğu gərginliyi azaltmağa ümid edirlər. Mənbələrin fikrincə, alyansın Arktikada mövcudluğunun genişləndirilməsi, o cümlədən birbaşa amerikalıların göndərilməsi hesabına ABŞ-nin regionda təhlükəsizlik sahəsində maraqlarını müdafiə etmək mümkün olacaq.
Mənbələr qeyd edirlər ki, bu təklifin taleyi Trampın regionda Amerikanın təhlükəsizlik maraqlarına həqiqətən önəm verib-verməməsindən asılıdır. Əgər xammal yataqları da ABŞ-nin yeni prezidenti üçün əhəmiyyət kəsb edirsə, təşəbbüs uğursuzluğa məhkum ola bilər.
Oxşar xəbərlər
Günəş sistemində ulduzlararası komet aşkarlanıb
Günəş sistemində ulduzlararası komet (Günəş Sisteminin kiçik cisimlərindən biri) aşkarlanıb. BAKU.WS xəbər verir ki, NASA-nın dəstəklədiyi teleskoplar Günəş sis...
