NATO ölkəsi Rusiya sərhədində hərbi baza yaradacaq
Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Vahur Karus Narva şəhərində hərbi baza yaradılması planlarını açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə o, Estoniya Milli Televiziyasına (ERR) verdiyi müsahibədə bildirib.
Karusun sözlərinə görə, bazada 200–250 hərbçi yerləşdiriləcək. Burada həm estoniyalı, həm də müttəfiq ölkələrdən olan hərbçilər xidmət göstərəcək.
Baş Qərargah rəisi vurğulayıb ki, Estoniya Müdafiə Qüvvələri Narva sakinlərinə şəhərdə güclü hərbi mövcudluğun olacağı mesajını vermək istəyir. O, həmçinin yerli əhalini eston əsgərlərinin şəhər mənzərəsinin gündəlik bir hissəsi olmasına alışmağa çağırıb.
Qeyd edək ki, buna qədər başqa bir NATO ölkəsi – Litva, Rusiya ilə sərhəddə, Kalininqrad vilayəti yaxınlığında infrastrukturun gücləndiriləcəyini açıqlamışdı. Bu məqsədlə 16 milyon avro vəsait ayrılacağı qeyd edilib.
Oxşar xəbərlər
Almaniyadan Ukraynaya 1,3 milyard avroluq yeni yardım paketi
Almaniya Ukraynaya ümumi dəyəri 1,3 milyard avrodan çox olan yeni hərtərəfli yardım paketi təqdim edib. BAKU.WS xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodi...