NATO məlumatlarını Çinə ötürən yunan polkovnik saxlanıldı

NATO məlumatlarını Çinə ötürən yunan polkovnik saxlanıldı
Dünya 20

NATO üzvü olan Yunanıstan casusluq qalmaqalı ilə gündəmə gəlib. Yunan Silahlı Qüvvələrində xidmət edən bir polkovnikin NATO-nun məxfi məlumatlarını Çin kəşfiyyatına ötürdüyü iddiası ilə saxlanıldığı bildirilir.

BAKU.WS xəbər verir ki, adı açıqlanmayan zabit NATO-nun həssas məlumatlarına çıxış imkanına malik olub. İddialara əsasən, o, Çin səfəri zamanı kəşfiyyat orqanları ilə əlaqə quraraq əməkdaşlığa cəlb edilib.

NATO mənbələrinin bildirdiyinə görə, polkovniklə ilkin əlaqə Malayziya mənşəli bir şirkət vasitəsilə qurulub. Sözügedən şirkətin sosial şəbəkə üzərindən zabitlə əlaqə saxladığı qeyd olunur.

Araşdırma zamanı müəyyən edilib ki, polkovnik NATO-nun məxfi layihələri və strateji texnologiyaları barədə məlumatları pul müqabilində ötürüb. Bildirilir ki, ödənişlər əsasən kriptovalyuta vasitəsilə həyata keçirilib.

Hadisə ilə bağlı NATO müttəfiq ölkələri və Yunanıstan rəsmiləri məlumatlandırıb. Bundan sonra şübhəli şəxs saxlanılıb.

İlkin məlumatlara görə, saxlanılan polkovnik ittihamları qəbul edib və Çin üçün casusluq etdiyini etiraf edib. Hadisə NATO daxilində ciddi narahatlıq yaradıb və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi müzakirə olunur.

Son xəbərlər