NATO baş katibindən Avropaya çağırış: "Müharibəyə hazır olmalıyıq"

NATO baş katibindən Avropaya çağırış: Müharibəyə hazır olmalıyıq
Dünya 71

NATO-nun baş katibi Mark Rutte Avropa ölkələrini müdafiə xərclərini artırmağa və hərbi güclərini möhkəmləndirməyə çağırıb.

BAKU.WS xəbər verir ki, "Bild" qəzetinə verdiyi müsahibədə o, Almaniyanı müdafiə sənayesinə daha çox sərmayə yatırmağa və silah istehsalını artırmağa səsləyib.

Onun sözlərinə görə, bu məsələ qarşıdakı aylarda bir çox Avropa ölkələrinin gündəmində olacaq.

"Mən tam açıq deyirəm: Biz müharibəyə hazır olmalıyıq. Çünki yalnız belə olarsa, müharibədən qaça bilərik", - deyə Rutte vurğulayıb.

Son xəbərlər