NASA-nın xərcləri 23% azaldılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ administrasiyası 2027-ci ildə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) fəaliyyətinə ayrılan vəsaiti 5,6 milyard dollar, yəni 23% azaltmağı planlaşdırır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən təqdim edilən 2027-ci maliyyə ili üçün ABŞ-nin federal büdcə layihəsində bildirilib.
Bundan əlavə, Beynəlxalq Kosmik Stansiyanın (ISS) maliyyələşdirilməsinin 1,1 milyard dollar azaldılması planlaşdırılır.
"Büdcə 2030-cu ildə ISS-in orbitdən təhlükəsiz şəkildə çıxarılması planlarını qoruyub saxlamaqla, kommersiya kosmik stansiyalarının sürətli inkişafını və yerləşdirilməsini prioritet olaraq müəyyən edir", - Ağ Evdən vurğulanıb.
Oxşar xəbərlər
Avropa limanlarında 60 min ton Rusiya gübrəsi bloklanıb
Afrika ölkələrinə göndərilməsi nəzərdə tutulan təxminən 60 min ton Rusiya mineral gübrəsi Avropa limanlarında bloklanıb. BAKU.WS xəbər verir ki, bu barədə Rusiy...