Narin Güranın məhkəmə salonuna buraxılan Gülben Ergen etirazlara səbəb oldu
Bu gün Türkiyədə öldürülərək cəsədi dərə yatağında aşkarlanan azyaşlı Narin Güranın məhkəməsi keçirilir. Onun qətlə yetirilməsində anası Yüksel, əmisi Salim Güran və Nevzat Bahtiyar ittiham edilirlər.
BAKU.WS xəbər verir ki, məhkəmədə Narin Güranla bağlı sosial şəbəkədə paylaşımlar edən müğənni Gülben Ergen də iştirak edib. Lakin mətbuat nümayəndələri və vəkillər təhlükəsizlik adı ilə içəri buraxılmayıb.
Onlar Gülben Ergen və vəkillərin məhkəmə salonuna buraxılmasına etiraz edərək izdiham yaradıblar.
Vəkillər "Gülben çölə çıx vəkillər içəri girsin" şüarları səsləndiriblər. Həmin an yaşanan izdiham ətrafdakılar tərəfindən anbaan görüntülənib.
Sözügedən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Bəqai: İran və ABŞ arasında yekun razılıq əldə olunmayıb
İran ilə ABŞ arasında mesaj mübadiləsi davam edir, lakin yekun razılıq əldə olunmayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirli...