Naomi Kempbell bu səbəbdən "Met Gala"ya qatılmayacaq

Supermodel Naomi Kempbell moda dünyasının ən prestijli mərasimi "Met Gala" barədə qəribə qərar qəbul edib.
BAKU.WS xəbər verir ki, qala bu il də bir çox dünya ulduzuna ev sahibliyi edəcək.
54 yaşlı model isə bu il mayın 5-də keçiriləcək qalaya qatılmayacaq. Naomi özünü yaşlı hesab etdiyi üçün bu mərasimə qatılmaqdan imtina edib:
"Bu mənim sonuncu "Met Gala"m idi. Bir daha qatılmayacağam. Çox yaşlıyam. Bunun şübhəsi belə məni yorur . Artıq 20 ya da 21-ci dəfədir ki iştirak etmişəm. Düşünə bilirsiniz bu necə böyük bir rəqəmdir?"
Artıq özəl tədbirlərdən başqa məclislərdə iştirak etməyən modelin 2021-cü ildə bir qız, 2023-cü ildə isə bir oğul övladı dünyaya gəlib.
Xatırladaq ki, "Met Gala" xeyriyyə məqsədi ilə keçirilir. Hər il bura xeyli məşhur axın edərək müxtəlif ianələr bağışlayırlar.
Qalereya
Oxşar xəbərlər
Məşhur siam əkizlərinin övladı oldu - Sirr davam edir, ana kimdir?
Dünyaca məşhur siam əkizləri Ebbi və Brittani Henselin körpə dünyaya gətirməsi barədə məlumat yayılıb. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, paparatsil...
