Mustafa Sandalla həyat yoldaşı bu səbəbdən dalaşıb
Məşhur müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurupun ayrılıq səbəb bəlli olub.
BAKU.WS xəbər verir ki, cütlük birlikdə Londona gedib. Daha sonra Mustafa Melislə dava edərək İstanbula tək qayıdıb.
İkili sosial şəbəkə hesablarından birlikdə çəkilən fotolarını silib.
Bu ayrılğın səbəbi ilk dəfə "Söylemezsem Olmaz" proqramında aparıcı Pınar Eliçe açıqlayıb;
"Məndə olan məlumata görə onların arasında böyük dava düşüb. Melis daha dözə bilmir. Davaya səbəb Mustafa Sandalın məsuliyyətsizliyidir. Bu evlilikdə Melis Sütşurup kişi kimi evin bütün maddi və mənəvi məsuliyyətini öz üzərinə götürüb. Ona görə yox ki, Mustafanın pulu bitib... Mustafa Sandal, məsuliyyətsiz adamdır... Önəm vermir. Həmişə qadınların hesablarını və işçilərin maaşlarını Melis ödəyir. Oaxırda "Məsuliyyətsizliyindən bezdim! Ya kişi kimi məsuliyyəti öz üzərinə götür, ya da mən səni istəmirəm!" deyə o bildirib. Aralarında çox ağır sözlər keçib. Artıq hörmət bitib... Lalin mən Mustafanın belə qadından ayrılacağını düşünmürəm".
Xatırladaq ki, cütlük 2022-ci ilin iyununda ailə qurub.
Oxşar xəbərlər
Polşa Ukraynaya yeni helikopterlər verib
Polşa Ukraynaya iki "Mi-8" helikopteri və bir "Bell 412" helikopteri təhvil verib. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Polşadakı səfiri Vasili Bodnar...