Müctəba Xameneinin son vəziyyəti AÇIQLANDI

Müctəba Xameneinin son vəziyyəti AÇIQLANDI
Dünya 97

İranın Ali Rəhbəri Müctəba Xamenei fevralın 28-də İsrailin Tehrandakı iqamətgaha endirdiyi zərbə nəticəsində yaralanaraq, üz nahiyəsində nitqi çətinləşdirən ağır yanıq xəsarətləri alıb. Ona plastik əməliyyat lazım olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" yüksəkvəzifəli iranlı məmurlara istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, fevralın sonundan etibarən Müctəba Xamenei bir ayağından üç əməliyyat keçirib. Ola bilsin ki, ali rəhbərə protez lazım olsun. Bu yaxınlarda o, qolundan da əməliyyat olunub. Ağır yaralanmalara baxmayaraq, ali rəhbər zehni aydınlığını və aktivliyini qoruyur.

"The New York Times" həmsöhbətlərinin sözlərinə görə, Müctəba Xamenei audio və video müraciətlər yazmır, çünki zəif və ya müdafiəsiz görünmək istəmir. Martın 8-də vəzifəyə gəldiyi andan bəri ali rəhbər mediada yayılan bir neçə yazılı bəyanat verib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər