Müctəba Xamenei sosial şəbəkələrdə qeydiyyatdan keçib
İranın yeni Ali Rəhbəri Müctəba Xamenei "X" sosial şəbəkəsində və "Telegram" mesencerində hesablar yaradıb.
Oxu.Az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, o, bir neçə saat əvvəl öz şəkli ilə ilk paylaşımı edib.
Hazırda Xameneiyə 37 mindən çox insan abunə olub. Onun özü isə yalnız bir hesaba - mərhum atası, İranın keçmiş ali rəhbəri Əli Xameneiyə məxsus səhifəyə abunə olub.
Ali rəhbərin özü üçün seçdiyi istifadəçi adı @Rahbarenghelab-dır ki, bu da farsca "İnqilab Rəhbəri" deməkdir .
Bundan əlavə, "Telegram" mesencerində də "Rahbarenghelab" adlı hesab yaradılıb, təsvirə əsasən, orada ali rəhbərin bəyanatları dərc ediləcək. Hazırda bu hesaba iki mindən çox insan abunə olub.
Oxşar xəbərlər
İran İsraili tezliklə məhv etməklə hədələdi
İran ordusu İsrailin tam məhv edilməsinin yaxın olduğunu iddia edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ordunun Beynəlxalq Qüds Günü münasibət...