Moskvadan İrəvana uçan təyyarə qəfil geri qayıdıb
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvanın Vnukovo hava limanından İrəvana (Ermənistan) havaya qalxan Azimut Hava Yollarına məxsus təyyarə qəfildən geri dönüb.
BAKU.WS xəbər verir ki, bu barədə cümə axşamı, martın 6-da aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
"Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə A47029 Moskva (Vnukovo) - Yerevan reysinin təyyarə komandiri 6 mart 2025-ci il tarixində təyyarə sistemlərindən birinin işləmə göstəricisinin aktivləşməsi ilə əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib", - məlumatda qeyd olunub.
Aviaşirkətin rəsmi saytı xəbər verir ki, təyyarə Bakı vaxtı ilə saat 11:37-də Vnukovo hava limanına təhlükəsiz eniş edib.
O da bildirilib ki, sərnişinlər ehtiyat reyslə İrəvana göndəriləcək.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...