Moskvada yolun ortasında namaz qılan sürücü cərimələnib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın paytaxtı Moskvada Şçelkovo şossesində avtomobilini yolun ortasında saxlayaraq namaz qılan sürücü cərimələnib.
BAKU.WS xəbər verir ki, yol hərəkəti müfəttişləri hadisə ilə bağlı inzibati araşdırma apararaq sürücünün şəxsiyyətini müəyyən ediblər.
O, avtomobilini hərəkətin intensiv olduğu ərazidə saxlayıb, namaz xalçası sərərək ibadət etməyə başlayıb.
Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qayda pozuntusuna yol verən şəxs 23 yaşlı paytaxta yeni gəlmiş vətəndaşdır. Onun barəsində bir neçə inzibati protokol tərtib olunub və cərimə tətbiq edilib. Cərimənin məbləği açıqlanmayıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...