Moskvada yaşayanlara XƏBƏRDARLIQ edildi - Aprelin 14-ü…

Moskvada yaşayanlara XƏBƏRDARLIQ edildi - Aprelin 14-ü…
Dünya 558

Aprelin 14-də Rusiyanın Moskva şəhərində temperaturun 15-20 dərəcə selsiyə çatacağı gözlənilir.      

BAKU.WS "Veçernyaya Moskva"ya istinadən xəbər verir ki, bu barədə sinoptiklər xəbərdarlıq ediblər.

Son günlər Moskva davamlı olaraq qarla örtülüb və havanın temperaturu yenidən sıfırdan aşağı düşüb. Meteoroloqların məlumatına görə, Moskvada qarın qalınlığı 12-17 santimetrdir ki, bu da aprel ayı üçün iqlim normasından çoxdur.

Bununla belə, Roşidrometin böhranla mübarizə şöbəsinin rəhbəri Anatoli Tsqankov xatırladıb ki, Moskva cənub şəhəri deyil və apreldə qar yağması qeyri-adi deyil. Üstəlik, o əlavə edib ki, hətta may və iyun aylarında da paytaxtda qar dənəcikləri müşahidə oluna bilər.

Proqnozlara görə, Moskvada gecə şaxtaları aprelin 12-dək davam edəcək. Meteo proqnozlar mərkəzinin sinoptiki Aleksandr İlinin sözlərinə görə, termometr mənfi 2-3 dərəcəyə enəcək. Gündüzlər daha da istiləşəcək: aprelin 11-də havanın temperaturunun 5 dərəcə isti, aprelin 12-də isə 10-12 dərəcə isti olacağı gözlənilir.

Moskvaya əsl yaz istiliyi aprelin 14-də gələcək. Bazar ertəsi hava 15-20 dərəcəyə qədər istiləşəcək. İlkin məlumatlara görə, bu hava şəraiti ayın ikinci ongünlüyünün sonuna kimi davam edəcək.

Oxşar xəbərlər

Son xəbərlər