Moskvada son 75 ilin ən isti günü olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Çərşənbə axşamı Moskvada temperatur rekord vuracaq və son 75 ilin ən isti günü olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Phobos meteoroloji mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus "TASS"a açıqlamasında bildirib.
O, qeyd edib ki, şəhərdə temperatur 26-28 dərəcə, ayrı-ayrı bölgələrdə isə 24-29 dərəcə təşkil edəcək.
"Bu gün paytaxt regionunda havanın geniş antisiklonun qərb periferiyası ilə formalaşması davam edəcək. Şəhərdə 28 dərəcə, bölgədə - 24-29 belə temperaturla bu gün son 75 ilin ən isti on sentyabrı olacaq".
Sinoptik əlavə edib ki, cənub-şərqdən 4-9 m/s-dək güclənən külək əsəcək. Atmosfer təzyiqi 748 mm civə sütunu təşkil edəcək.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...