Moskvada rekord istilər gözlənilir - 30 dərəcə
Moskva şəhərində qarşıdakı həftəsonu hava şəraitinin kəskin istiləşəcəyi və temperatur rekordlarının yenilənə biləcəyi proqnozlaşdırılır.
BAKU.WS xəbər verir ki, bu barədə "Meteonovosti" informasiya agentliyinin aparıcı mütəxəssisi Tatyana Pozdnyakova məlumat verib.
Sinoptikin sözlərinə görə, uzun həftəsonu ərzində şəhərdə isti hava şəraiti davam edəcək və temperatur +30 dərəcəni aşa bilər.
Proqnoza əsasən, 12–13 iyun tarixlərində havanın +29…+31 dərəcə olacağı gözlənilir ki, bu da həmin günlər üçün rekord göstərici ola bilər.
Bəzi ərazilərdə qısamüddətli zəif və ya orta yağış ehtimalı olsa da, bu, ümumi isti hava fonunu dəyişməyəcək.
Gecə saatlarında da yüksək temperatur və rütubət səbəbindən şəhərdə boğucu hava şəraiti müşahidə ediləcək. Bu səbəbdən sakinlərə mümkün qədər şəhərdən kənara çıxmaq tövsiyə olunur.
Məlumata görə, istilərin zəifləməsi yalnız 14 iyun tarixindən etibarən gözlənilir. Həmin gün temperaturun +22…+27 dərəcə olacağı, küləyin isə cənub-şərq istiqamətindən şimal-qərbə dəyişəcəyi bildirilir.
Oxşar xəbərlər
İranda 20 min nəfər su qıtlığı ilə üzləşib
İranın Hörmözqan əyalətində ABŞ tərəfindən həyata keçirildiyi iddia olunan zərbələrdən sonra minlərlə sakin içməli su problemi ilə üzləşib. BAKU.WS İran mediası...