Moskvada qızları oğurlayıb pul tələb edənlər həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
İstintaq orqanları Moskvada qızların qaçırılması və onlardan pul tələb edilməsi ilə bağlı iş üzrə istintaqı başa çatdırıb. Şübhəlilər "İnsan oğurluğu" və "Hədə-qorxu ilə tələb etmə" maddələri üzrə ittiham olunurlar.
Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva Baş İdarəsi məlumat yayıb.
İstintaq müəyyən edib ki, 2024-cü ilin sentyabr və oktyabr aylarında iki kişi doqquz qızı oğurlayaraq onlara tələblərini yerinə yetirmədikləri təqdirdə zor tətbiq edəcəkləri ilə hədələyiblər. Bu yolla cinayətkarlar qurbanlardan 750 min rubldan çox məbləğdə pul alıblar.
Məhkəmə şübhəlilər barəsində həbs qətimkan tədbiri seçib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...