Moskvada qar fırtınası
Yeniliklərdən dərhal xəbərdar olun
Moskva şəhərində hava şəraiti kəskin pisləşib və güclü qar fırtınası müşahidə olunub.
BAKU.WS Rusiya mediasının məlumatına istinadən xəbər verir ki, çovğun paytaxtın mərkəzində, o cümlədən "Park Kulturi" metro stansiyası ətrafında qeydə alınıb. Şəhərdə görmə məsafəsinin azalması və küləyin güclənməsi müşahidə edilir.
Bildirilib ki, Moskva bölgəsində sutka ərzində 3-6 millimetr arası yağıntı düşə bilər.
Rusiya Hidrometeorologiya Mərkəzinin məlumatına əsasən, çövğuna baxmayaraq, şəhərdə daimi qar örtüyünün yaranması gözlənilmir.
Proqnozlara görə, soyuq hava şəraiti iş həftəsinin sonuna qədər davam edəcək, həftəsonuna doğru isə zəifləyəcək.
Oxşar xəbərlər
ABŞ-də biznes-jet yaşayış massivinə çırpıldı: 9 nəfər ölüb
ABŞ-nin Florida ştatında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində 9 nəfər həyatını itirib. "Learjet 60" tipli biznes-jet yaşayış evlərinin yerləşdiyi əraziy...