Moskvada pilotsuz uçuş aparatı yaşayış binasına çırpılıb

Moskvada pilotsuz uçuş aparatı yaşayış binasına çırpılıb
Dünya 116

Moskvada çoxmərtəbəli binanın damına pilotsuz uçuş aparatı (PUA) çırpılıb. Hadisə şəhərin qərb hissəsində baş verib. Xəsarət alanlar barədə məlumat yoxdur.

BAKU.WS xəbər verir ki, Moskva meri Sergey Sobyanin bildirib ki, hava hücumundan müdafiə qüvvələri (PVO) paytaxta doğru uçan dörd PUA-nın hücumunu dəf edib. Hadisə yerinə xilasetmə xidmətləri cəlb olunub.

Bundan əvvəl Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa Obninsk şəhəri yaxınlığında PUA-nın vurulduğunu açıqlamışdı. Onun sözlərinə görə, infrastruktur zərər görməyib və ölən olmayıb. Hadisə yerində fövqəladə hallar xidməti işləyir.

Son xəbərlər