Moskvada leysan yağışları 122 illik rekordu yenilədi
Rusiyanın paytaxtı Moskvada müşahidə olunan güclü leysan yağışları son 122 ilin rekordunu qırıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets məlumat verib.
Sinoptikin sözlərinə görə, mayın 17-də yağıntının həcmi həmin tarix üzrə 1904-cü ildən bəri qeydə alınan ən yüksək göstəricini üstələyib.
"17 may üçün müəyyən edilmiş sutkalıq yağıntı rekordu yenilənib. Əvvəlki rekord 1904-cü ildə qeydə alınmış 21,1 millimetr idi", – deyə Tişkovets bildirib.
O qeyd edib ki, Moskvanın əsas meteoroloji stansiyası olan VDNX-də mayın 17-də 28 millimetr yağıntı düşüb. Bundan əlavə, mayın 18-nə keçən gecə daha 6 millimetr yağış qeydə alınıb.
Bundan əvvəl "Fobos" mərkəzinin digər mütəxəssisi Mixail Leus da açıqlamasında bildirmişdi ki, mayın 17-də cəmi bir neçə saat ərzində Moskvada aylıq yağıntı normasının təxminən yarısı düşüb.
Oxşar xəbərlər
Aİ Çinlə ticarətdə yeni məhdudiyyətlər hazırlayır
Avropa İttifaqı Çinlə iqtisadi asılılığı azaltmaq üçün yeni ticarət qaydaları üzərində işləyir. BAKU.WS xəbər verir ki, qərara əsasən, Avropa şirkətləri kritik...