Moskvada hamilə qadın iş yerində doğuş edib
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvada hamilə olduğunu bilməyən qadın qəfil ofis tualetində doğuş edib. Hadisə nəticəsində körpə həyatını itirib.
Bu barədə "SHOT" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, 20 yaşlı qadın Penza vilayətindəndir. O, bir il əvvəl ailə qurub və ötən payızdan bəri sürətlə çəki almağa başlayıb, lakin bu halı qalxanabənzər vəz problemləri ilə əlaqələndirib.
Altı ay əvvəl Moskvada iş tapıb və hadisə onun növbə ilə işlədiyi sonuncu gündə baş verib.
İyun ayının 1-i səhər qadın özünü pis hiss edib və tualetə gedib. Orada qəfil qız uşağı dünyaya gətirib.
Gənc qadın hamilə olduğunu bilmədiyi üçün baş verənlərdən şoka düşüb və təxminən bir saat yarım heç kəsi tualet kabinasına buraxmayıb. Nəhayət təcili yardım əməkdaşlarının içəri girməsinə icazə verib, lakin artıq gec olub – körpə həyatını itirib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...