Moskvada 25 dəfə ürəyi dayanan xəstə sağ qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın paytaxtı Moskvada həkimlər sutka ərzində ürəyi 25 dəfə dayanan xəstəni xilas ediblər.
Bu barədə "Komsomolskaya pravda" qəzeti yazıb.
Moskva meri müavini Anastasiya Rakova bildirib ki, "Buqanov" adına xəstəxanada 62 yaşlı kişi xəstənin ürəyi infarkt əməliyyatından sonra yaranan aritmiya səbəbindən sutka ərzində 25 dəfə dayanıb.
Xəstəxanaya vaxtında çata bilməsinin səbəbi isə onun ürəyindəki implantasiya olunmuş defibrilyator olub. Cihaz onun ürəyini daim döyündürərək işlək vəziyyətdə saxlayıb.
Xəstənin vəziyyəti standart müalicə metodlarının tətbiqinə imkan vermədiyi üçün həkimlər ilk dəfə olaraq ürək üzərində radiofrekans kateter ablasiya əməliyyatını EKMO (ekstrakorporal membran oksigenasiyası) cihazının dəstəyi ilə həyata keçiriblər.
Əməliyyatda ürək-damar cərrahları, aritmoloqlar, anestezioloq-reanimatoloqlar və digər mütəxəssislər iştirak ediblər. Yeddi saatdan çox davam edən əməliyyat uğurla başa çatıb.
Oxşar xəbərlər
İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur
İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı telefondan istifadəsini məhdudlaşdıran pilot layihəyə qoşulub. BAKU.WS xəbər verir ki, bir ay d...