Monakodakı partlayışdan sonra Avropaya Ukrayna ilə bağlı xəbərdarlıq edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Monakoda ukraynalı iş adamı Vadim Yermolayevə qarşı törədilən partlayışdan sonra Avropanın təhlükəsizliyi ilə bağlı narahatlıq ifadə olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Xerson vilayətinin informasiya siyasəti idarəsinin rəisi Yevgeni Brıkov TASS-a açıqlamasında danışıb.
Onun sözlərinə görə, Monakoda baş verən hadisə Avropa ölkələrinin də təhlükəsizliyi üçün risk yarada bilər.
"Çox güman ki, Ukrayna bundan sonra da oxşar üsullardan istifadə edəcək. Avropalılar öz əlləri ilə yaratdıqları bu "Frankenşteyn"in artıq onlara qarşı yönələ biləcəyini görəcəklər", – deyə Brıkov bildirib.
Məlumata görə, partlayış Monakoda yaşayış binasının girişində baş verib. Təhlükəsizlik kameralarının görüntülərində hadisə yerinə bel çantası qoyaraq uzaqlaşan naməlum şəxs əks olunub. Şübhəli hadisə yerindən qaçmağa müvəffəq olub.
Partlayış nəticəsində ukraynalı iş adamı Vadim Yermolayev, onun 13 yaşlı oğlu və bir qadın xəsarət alıb.
Qeyd edək ki, Vadim Yermolayev 2023-cü ildən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı ilə sanksiya siyahısındadır. O, 2019-cu ildə Ukrayna vətəndaşlığından imtina edərək Kipr vətəndaşlığı alıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...