Modellər podiuma şokoladdan hazırlanan paltarla çıxdılar
Yeniliklərdən dərhal xəbərdar olun
Fransada hər il keçirilən ənənəvi Paris Şokolad Sərgisində bu dəfə də maraqlı anlar yaşanıb. Modellər sərginin açılışında tamaşaçılara xüsusi sürpriz hazırlayıblar: tamamilə şokoladdan hazırlanmış qeyri-adi paltarlarla podiuma çıxaraq zərifliyi və kreativliyi nümayiş etdiriblər.
BAKU.WS-in xarici mediaya istinadən verdiyi məlumata görə, bu qeyri-adi libaslar modanın və kulinariya sənətinin maraqlı birləşməsindən yaranıb.
Sərgidə hər bir libasın hazırlanması böyük ustalıq və zəhmət tələb edib. Dizaynerlər şokoladı incə detallarla işləyərək gözəl naxışlar və formalar yaratmağa müvəffəq olublar. Modellerin üzərindəki şokoladlı geyimlər həm moda həvəskarlarının, həm də kulinariya dünyasının diqqətini çəkib.
Bu şou ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb, videolar sosial mediada geniş yayılaraq çoxsaylı şərh və bəyənmə toplayıb. Şokolad Sərgisi hər il moda, sənət və yemək dünyasını bir araya gətirərək tamaşaçılara yaddaqalan anlar yaşatmağı bacarır.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...